AZ

Xəzərin dərinliyinə aparan yol - Neft platformalarının yaradılmasında insan faktoru - FOTOREPORTAJ

Bakı. Trend:

Səhər günəşi Xəzərin sularına qarışanda Bakı Dərin ÖzüllərZavodunun nəhəng qapıları açılır. Burada hər gün dənizin qucağındayüksələcək nəhəng platformaların ilk addımları atılır. Sankizavodun hər daşında Azərbaycan neft tarixinin izləri var.

Nəhənglərin doğulduğu məkan

Təməli Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində1978-ci ildə qoyulan və 1984-cü ildən fəaliyyət göstərən zavodXəzərin ən mürəkkəb şərtlərinə tab gətirəcək dərin dənizplatformalarının yığıldığı unikal müəssisədir. 2012-ci ildən "BOSŞelf" MMC şirkəti tərəfindən idarə olunan Heydər Əliyev adına BakıDərin Özüllər Zavodu (BDÖZ) Xəzər dənizində ən böyük tikintimüəssisələrindən biridir. Təsisata geniş sexlər (bükmə, istehsalöncəsi, istehsal, quraşdırma, rəngləmə) yanalma körpüləri (ağıryüklərin qaldırılması və barjaya yükləmə də daxil olmaqla),anbarlar, maddi-texniki təminat bazaları və bunları dəstəkləməküçün lazım olan avadanlıqlar, eyni zamanda 1350 tona qədər ağır yükqaldırma qabiliyyətli tırtıllı kranlar daxildir.


Dünyada belə zavodların sayı barmaqla sayılacaq qədərdir. Buradaminlərlə tonluq metal konstruksiyalar sanki usta əllərin, mühəndiszəkasının birgə əsərinə çevrilir. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz2”, “Abşeron” kimi nəhəng layihələr üçün dayaq blokları məhz buzavodda inşa olunub. İndi də yeni texnologiyalarla daha dərinsularda işləyə biləcək qurğular hazırlanır.

Bu nəhəng qurğuların doğulduğu sexlərə addım atmaq üçün bizəəvvəlcə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf MühitinMühafizəsi) təlimi keçirilir. Təlimçi Ülvi bəy ərazi ilə bağlıbütün təhlükəsizlik tədbirləri barədə məlumat verdikdən sonra bizəxüsusi formalar təqdim olunur. Artıq dəmirin, metalın və kranlarıngurultusu ilə dolu bu məkana daxil olmağa hazırıq. Bura sadəcə birzavod deyil, Xəzərin dərinliklərinə gedən macəranın başladığıyerdir.

Mühəndisin gözü ilə

Zavodun içində səs-küy, qaynaq işlərinin qığılcımları, kranlarıngurultusu içində tanış olduğumuz CNC (Kompüterlə Rəqəmsalİdarəetmə) mühəndisi Rüfət Abdullayev bizi qarşıladı. O, artıq 24ildir ki, burada çalışır. “Bizim işimiz təkcə metalı birləşdirməkdeyil, dənizin dərinliklərində yüzlərlə insanın, milyardlarlainvestisiyanın taleyini daşıyacaq möhkəm qurğu yaratmaqdır", –deyir Rüfət müəllim.

Onun iş günü kompüter ekranı arxasında hesablardan, istehsalatplanı və günün tapşırıqlarını nəzərdən keçirməkdən başlayır, sonranəhəng emalatxanalarda usta briqadaları ilə davam edir.

Rüfət müəllim izah edir ki, platforma layihələndirilərkəndənizin dərinliyi, dalğaların hündürlüyü, küləyin sürəti, həttasuyun kimyəvi tərkibi belə nəzərə alınır. “Kiçik bir səhv onillərlə zəhməti suya atmaq deməkdir", – deyə o əlavə edir.

CNC mühəndisingündəliyi

Səhər – layihə üzrə mexaniki stress və dayanıqlıq hesablamaları;istehsalat planı və günün tapşırıqlarını nəzərdən keçirmək;işçilərin vəziyyəti, problemləri haqqında işçilər və briqadalarlasöhbət etmək; sexlər üzrə baş menecerlə layihə mühəndisləriningöndərdiyi yeni texniki cizgiləri araşdırmaq, işlərin hansıardıcıllıqla icra edilməsi haqqında tapşırıq almaq və prosesəbaşlamaq;

Günorta – zavodun istehsalat sahəsində istehsalat işlərinənəzarət;

Axşamüstü – gündəlik görülmüş işlərin sexlər üzrə baş menecerəməruzəsi və növbəti gün üçün gələn tələb ardıcıllığının təyinolunması.

Mühəndis gülümsəyərək deyir: “Düşün ki, uşaq vaxtı oyuncaqkonstruktordan ev tikirdin, indi isə dənizin ortasındaquraşdırılacaq min tonluq nəhəng qurğuları inşa edirsən. Fərqyalnız miqyasdır".

"Deməli, mühəndislik sizin üçün yalnız texnologiya deyil, həm dəuşaqlıqdan gələn oyun ruhunun davamıdır", - deyə əlavə edirəm.

Artıq saat 12-yə yaxınlaşır. Buisə o deməkdir ki, nahar zamanıdır. Mühəndislə söhbətləşərəkzavodun daxilində fəaliyyət göstərən yeməkxanaya yola düşürük.Burada fərqli çeşiddə yeməklər təklif olunur. Zavodun iş rejimiağır olsa da, əməkdaşların rahatlığı üçün hər şey düşünülüb. Naharfasiləsi həm də mühəndislərin və ustaların bir araya gəlib gününişlərini müzakirə etdiyi qeyri-rəsmi toplantı kimidir. Ləziztəamlardan dada-dada söhbətimizi davam etdiririk.

Rüfət müəllim deyir ki, işsaatları çox vaxt uzun çəkir, amma buradakı kollektiv ruhuyorğunluğu hiss etdirmir: “Biz bəzən ailəmizdən çox, buradakıhəmkarlarımızla vaxt keçiririk. Ona görə də bu zavod bizim üçünsadəcə iş yeri deyil, həyatımızın bir parçasıdır”.

“Elə nahar fasiləsi də bu böyük işin ayrılmaz hissəsidir. Əgərenerji toplamasanız, o nəhəng qurğuların inşası da mümkün olmaz.Görünür, buradakı yeməkxana təkcə qarını doyurmur, həm də bu böyükkollektivin ruhunu bir arada saxlayır”, - deyə qeyd edirəm.
Yeməkxanadan çıxdıqdan sonrazavodun geniş sahələrini dolaşırıq. Böyük kranların qaldırdığıtonlarla metal, usta əllərində formalaşaraq nəhəng platformalaraçevrilir. Hər addımda sanki gələcək nəsillər üçün qurulan enerjikörpüsünü görürsən. Beləliklə, günün ikinci hissəsinə keçid alırıq.Bu mərhələdə zavodun sexlərində səs-küy bir az da artır. Dəmirinbir-birinə çırpılma səsləri, qaynaq qığılcımları, iri kranlarınhərəkəti – hamısı bir yerdə zavodun ritmini yaradır.

- Rüfət müəllim, 24 illikfəaliyyətiniz dönəmində zavodda görülən işləri necədəyərləndirərdiniz?

- Biz “BOS Şelf” şirkəti olaraq 2001-ci ildən bəri beynəlxalq vəyerli sifarişçilər üçün dayaq blokları, əlavə olaraq üst tikililər,sualtı infrastruktur, paya dəstləri və dayaq tavaları inşa etmişik.Bundan başqa, dəniz əməliyyatlarına dəstək olaraq buruqplatformalarının və daşınma barjasının, təchizat bazalarınınfəaliyyətinin təkmilləşdirilməsi layihələrini müvəffəqiyyətləhəyata keçirmişik.

- Bəs, hazırda usta briqadaları hansı işi yerinə yetirirlər?

- Hal-hazırda onlar dəmir kəsir, metal boruları hazırlamaq üçünqaynaq və digər zəruri işləri görürlər. Hər bir briqada özsahəsində dəqiqlik və sürət üzərində çalışır ki, nəticədə dənizindərinliklərinə göndəriləcək platformalar tam etibarlı olsun.

Rüfət müəllim CNC mühəndisiolaraq sexləri gəzərkən hər kəslə söhbətləşir, hal-əhval tutur.İşçilərə günün tapşırıqlarını izah edir, görülən işlərinölçülərinə, dəqiqliyinə nəzarət edir. O, bəzən qaynaqçının əlindəkitikişi diqqətlə izləyir, bəzən də kran operatoruna yaxınlaşıb hansıbucaqda yükü qaldırmağın daha təhlükəsiz olduğunu izah edir. Onunüçün bu zavod sadəcə iş yeri deyil, hər detalı, hər metal parçasıgələcəkdə dənizin dərinliklərində dayanacaq möhkəm platformanın birhissəsidir.

O izah edir ki, CNC mühəndisingünü həm kompüter, həm də sexdə istehsalata nəzarət arasında keçir.“Hər bir addımında diqqət və məsuliyyət tələb olunur, çünki hərölçü, hər qaynaq nöqtəsi gələcəkdə min tonluq platformalarındənizin dərinliklərində etibarlı olmasını təmin edir”, - deyəvurğulayır.

Rüfət müəllim bizimlə söhbətləşərək həm də sexlər üzrə gündəlikgörülmüş işlərin baş menecerə hesabatını, eləcə də gecə növbəsi vəertəsi gün üçün iş proqramları və planını tərtib edir.


Otaqda divardan asılmış şəkillər diqqətimi cəlb edir. Rəngarəngdiplomlar, fəxri fərmanlar və sertifikatlar sanki zavodun, xüsusəndə Rüfət müəllimin uğur tarixçəsini danışır.

- Rüfət müəllim, bu fəxri fərmanlar barədə bir az danışabilərsiniz?

- O gülümsəyərək izah edir ki, hər bir fərman və sertifikatillərlə davam edən zəhmətin, layihələrdə göstərilən fədakarlığın vəkollektivin uğurunun bir nişanəsidir. Hər bir işçi, hər birmühəndis üçün bu diplomlar motivasiya mənbəyidir və zavoduntarixinə dair canlı xatirələr rolunu oynayır.

Ona bundan sonrakı fəaliyyətində də bol uğur, enerji və yeninailiyyətlər arzulayıram.


Çayımızı içdikdən sonra yenidən istehsalat prosesini yaxındanizləməyə davam edirik. Sexlərdə işçilər öz tapşırıqlarını yerinəyetirir, bəziləri Rüfət müəllimlə söhbət edir, iş mühiti həm ciddi,həm də mehriban bir atmosferdə davam edir.

Beləliklə, Rüfət müəllimin iş günü yekunlaşmağa doğru gedir. O,son dəfə sexləri dolaşır, görülən işləri yoxlayır və növbəti günüçün tapşırıqları müəyyənləşdirir. Zavodun böyük səsi, qaynaqişlərinin qığılcımları və metalın çırpılma səsləri bir az da sükutaqərq olur.

Beləliklə, Bakı Dərin Özüllər Zavodu ilə tanışlığımız başaçatır. Burada hər bir detala diqqət göstərən mühəndislər və ustalarXəzərin dərinliklərinə gedən nəhəng qurğuların inşasında öztöhfəsini verir, texnologiya ilə insanın əmək və yaradıcılıq ruhunubirləşdirir.

Xəzərin
Xəzərin
Xəzərin
Xəzərin
Xəzərin
Xəzərin
Xəzərin
Seçilən
31
1
az.trend.az

2Mənbələr