AZ

Bu komandada ab-hava pisdir, 3 qruplaşma əmələ gəlib!

Vəziyyət nəzarətdən çıxıb «Karvan»da.

Ard-arda aldıqları məğlubiyyətlərin tək səbəbi budur.

Adətən, uğursuzluq olanda və bu, davamlı hal alanda güman yüz yerə gedir. «Karvan»da isə hər şey aydındır, fikrimizcə.

Komanda üç yerə parçalanıb.

Yerlilər bir qrupdur. Legionerlərdən ibarət qrup da özlüyündə iki yerə haçalanıb - oynamaq üçün bura gələnlər və ayaqlarını sürüyənlər.

Sonuncu kateqoriyaya aid əcnəbilərin sayı 5-6-dır. Azər Həşimov qəsdən bu sayı kiçik göstərir.

Hansı məşqçi boynuna alar ki, bəyəndikləri legionerlərin əksəriyyəti zay çıxıb?

«Karvan»da şərait bərbad deyil. Amma yaxşı da deyil. İmkanları zəifdir. Gətirdikləri xarici oyunçuların bir çoxu heç 4000-5000 dollara da dəymir.

Yəqin, ödənişli axtarış proqramları almağa pulları çatmayıb, bunları «yutub»da baxıb seçiblər. Tompson Qavi və Samuel Durrantı saxlamaq, digərlərini bir vaqona yığıb, elə günü bu gün geri yola salmaq lazımdır.

Bir atımlıq barıtları varmış, sadəcə. Üç dəqiqədə «İmişli»dən iki qol buraxan «Karvan» Premyer Liqada yerini qoruyacağına ümid etməməlidir.

Turnir cədvəlində sonuncu pillə onlarındır. Hər oyunda rəqiblərə istədikləri qədər qol fürsəti verən komanda bəlalı haldadır.

MUSA

Seçilən
27
sportinfo.az

1Mənbələr