AZ

Son 1 il 7 ay ərzində sərhəddə bir nəfər də olsun hərbçi həlak olmayıb Paşinyan

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə edilən sülhün ölkəsinin tarixində tamamilə yeni mərhələ yaratdığını bəyan edib.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bunu sentyabrın 20-də Vətəndaş Müqaviləsi Partiyasının qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin imzaladığı bəyannamə əsasında mümkün olub.

“8 avqust uzun bir prosesin kulminasiya nöqtəsi, zirvəsi oldu”, – Paşinyan qeyd edib.

Baş nazir vurğulayıb ki, son 1 il 7 ay ərzində Ermənistan-Azərbaycan sərhədində bir nəfər də olsun hərbçi həlak olmayıb və ya yaralanmayıb: “Müstəqillik əldə etdikdən sonra belə bir dövr yaşamamışdıq. Biz bunu qoruyub, 2 ilə, 3 ilə, 5 ilə, 50 ilə, 100 ilə və hətta 200 ilə çevirməliyik”.

“Bu gün qəbul edəcəyimiz qərarlar Ermənistanın qarşıdakı 100 ilini müəyyən edəcək”, – Paşinyan əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
yeniavaz.com

2Mənbələr