AZ

Azərbaycanla əldə olunmuş sülh Ermənistan üçün yeni tarixi mərhələ açıb - Paşinyan

Bakı. Trend:

Ermənistan hamıya məlum olan Azərbaycanla Ermənistan arasındasülhün bərqərar olması faktı sayəsində öz tarixinin tam fərqlimərhələsinə qədəm qoyub.

Trend ErmənistanKİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri NikolPaşinyan “Vətəndaş müqaviləsi” partiyasının qurultayında etdiyiçıxışda söyləyib.

“Bu sülh 8 avqust tarixində Vaşinqtonda, ABŞ prezidenti DonaldTrampın iştirakı və dəstəyi ilə, Ermənistan və Azərbaycan arasındaqəbul edilən bəyannamə sayəsində təmin edildi. 8 avqustuzunmüddətli prosesin zirvəsi, kulminasiya nöqtəsidir”, - deyəPaşinyan bildirib.

Onun sözlərinə görə, bir il yeddi ay ərzində Ermənistan vəAzərbaycan sərhədində atəş nəticəsində heç bir əsgər həlak olmayıbvə yaralanmayıb.

“Sülh belədir. Biz bu bir il yeddi ayı iki il yeddi aya, üç ilə,dörd ilə, beş ilə, 50 ilə, 100 ilə, 200 ilə və s. çevirməliyik vəbunu Ermənistan Respublikasının bütün sərhədlərinə tətbiqetməliyik”, - deyə Paşinyan vurğulayıb.

Seçilən
44
1
az.trend.az

2Mənbələr