AZ

Paşinyan: Ermənistanda sülhə görə mənə təşəkkür etdilər, şoka düşdüm

BAKI, 20 sentyabr. TELEQRAF

“Bölgədə sülhün təmin edilməsi yolunda Ermənistanda bəziləri məni “satqın” adlandırırdılar, amma zaman bunun əksini göstərdi”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir iddia edib ki, erməni xalqı Azərbaycan və Ermənistan arasında sülh prosesinə güclü dəstək verir.

“Onlardan eşitdiklərim məni şoka saldı. Onlar yalnız iki şey dedilər: 10 noyabr 2020-ci il tarixli sənədi imzaladığınız və müharibəni dayandırdığınız üçün təşəkkür edirəm. Bu, mənim üçün həqiqətən şok oldu. Erməni elitasının əhəmiyyətli bir hissəsi məni vətənə xəyanətdə ittiham etdi, (əsgərlərə) süd verən analar isə mənə təşəkkür edirdilər, hər ikisi eyni şeyə görə fərqli şeylər söylədi.

O analardan soruşdum ki, nəyə görə mənə təşəkkür edirsiniz? Onların cavabı konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni dayandırdığına, Ermənistanı xilas etdiyinə görə. Bizə deyirdilər ki, sülh dalınca gedin, bizə sülh lazımdır, ancaq sülh. Başa düşdüm ki, cəmiyyət, o cümlədən kişilər də belə düşünürlər”, - baş nazir qeyd edib.

Seçilən
31
teleqraf.com

1Mənbələr