“Sumqayıt” növbəti transferini həyata keçirib. Klubumuz amerikalı basketbolçu Elayca Hatçins-Everettiheyətinə qatıb. 23 yaşlı (23.11.2001) oyuçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 211 sm boya malik basketbolçu mərkəz mövqeyində oynayır.2021-ci ildə ABŞ-nin “Austin Peay Governors” klubunda karyerasına başlayanElayca 2 il sonra “Seton Hall Pirates” komandasına keçib. O,ötən mövsüm “James Maddison Dukes” kollektivinin üzvü olub. Hatçins-Everett ötən mövsüm hər oyuna orta hesabla 11,4 xal və 5,9 ribaundla yadda qalıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta