AZ

Ukraynalı qapıçı Azərbaycan klubuna gələrkən saxlanıldı

Ukraynanın “Dinamo” və “Şaxtyor” klublarının qapıçısı olmuş Artur Rudko ölkəni qanunsuz tərk etməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

Fanat.Az xəbər verir ki, informasiyanı Ukraynanın “Sport24” saytı yayıb. 

Məlumata görə, 33 yaşlı futbolçu karyerasını Azərbaycan təmsilçisi "Qəbələ”də davam etdirməyi planlaşdırırmış. 

Rudko Ukrayna-Moldova sərhədini keçməkdə uğursuz cəhdindən sonra saxlanılıb. Qanunsuz çıxışın təşəbbüskarı isə bir "Telegram" kanalındakı aksiya olub. Belə ki, saxlanılanların hər biri həmin aksiyanın təşkilatçılarına 8 min dolları kriptovalyuta ilə ödəməli idi.

Rudkonun karyerasındakı son klub “Çernomorets” olub. Oranı 2024/25 mövsümündə tərk edib. O, azad agent olub.

Xatırladaq ki, Ukraynadakı müharibə ilə əlaqədar hərbi xidmətə çağırışı olan şəxslər yalnız müvafiq dövlət qurumlarının icazəsi ilə ölkəni tərk edə bilərlər.

Seçilən
7
2
fanat.az

6Mənbələr