AZ

Putindən Ukrayna açıqlaması: Bu da ötüb keçəcək

BAKI, 20 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin “xüsusi hərbi əməliyyat” (Ukraynada müharibə - red.) ətrafında baş verənlərin tezliklə başa çatacağına ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Permdə fəaliyyət göstərən zavodlara baş çəkərkən danışıb.

“Ümid edirəm və gözləntim budur ki, xüsusi hərbi əməliyyatla bağlı hadisələr də ötüb keçəcək”, - Putin deyib.

Rusiya dövlət başçısı qeyd edib ki, təchiz olunmuş müasir orduya ehtiyac hərbi əməliyyatlar başa çatdıqdan sonra da qalacaq.

Putin əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin təkmilləşdirilməsi davam edəcək, ordu daha güclü və effektiv olacaq.

Seçilən
5
teleqraf.com

1Mənbələr