AZ

Mikayıl Cabbarov "Əsrin müqaviləsi"nin imzalanmasının ildönümü ilə bağlı paylaşım edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqtisadiyyat naziri Mikayıl Cabbarov "Əsrin müqaviləsi"nin imzalanmasının ildönümü ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
O, iqtisadi suverenliyimizin rəmzi, yeni enerji strategiyamızın təməlini təşkil edən bu tarixi sazişin ümummilli lider Heydər Əliyevin prinsipial mövqeyi və uzaqgörənliyi nəticəsində imzalandığını vurğulayıb.
"Əsrin müqaviləsi" ölkəmizi qlobal enerji xəritəsinə çıxardı, davamlı tərəfdaşlıqların əsasını qoydu və iri investisiyaları ölkəmizə yönəltdi. Bu tarixi irs bu gün də iqtisadi inkişafımıza və enerji siyasətimizə istiqamət verməkdədir", - deyə nazir qeyd edib.
Seçilən
54
4
oxu.az

6Mənbələr