AZ

Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" ölkəmizi qlobal enerji xəritəsinə çıxardı"

İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "Əsrin müqaviləsi"nin imzalanmasının 31-ci ildönümü münasibəti ilə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Adalet.az-ın məlumatına görə, nazir bəyan edib ki, müqavilə Azərbaycanın neft-qaz tarixində yeni eranın əsasını qoyub.

"İqtisadi suverenliyimizin rəmzi, yeni enerji strategiyamızın təməlini təşkil edən bu tarixi saziş Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi və uzaqgörənliyi nəticəsində imzalanıb. "Əsrin müqaviləsi" ölkəmizi qlobal enerji xəritəsinə çıxardı, davamlı tərəfdaşlıqların əsasını qoydu və iri investisiyaları ölkəmizə yönəltdi. Bu tarixi irs bu gün də iqtisadi inkişafımıza və enerji siyasətimizə istiqamət verməkdədir", - deyə M.Cabbarov vurğulayıb.

Seçilən
27
4
adalet.az

6Mənbələr