AZ

Azərbaycanın Ombudsman təsisatı Avropa Uşaq Ombudsmanları Şəbəkəsinə tam üzv seçilib

BAKI, 20 sentyabr. TELEQRAF

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva və Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC-un) Rumıniyanın Buxarest şəhərində keçirilən 29-cu İllik Konfransı və Baş Assambleyasında iştirak edib.

Teleqraf xəbər verir ki, “Uşaqların fiziki sağlamlıq hüququnun müdafiəsi və təşviqi” mövzusuna həsr olunmuş tədbirdə ENOC-a üzv təsisatların ombudsmanları və nümayəndələri, müvafiq qurum rəhbərləri, beynəlxalq təşkilatların uşaq hüquqları üzrə məsul şəxsləri, ekspertlər iştirak ediblər.

Nigar Ağayeva tədbirdə çıxış edərək Ombudsman tərəfindən ötən dövrdə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib, bu sahədə müsbət təcrübələri, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən və nəzərə alınmış təklifləri iştirakçıların diqqətinə çatdırıb.

Təsisatda uşaq hüquqları üzrə ixtisaslaşmış struktur bölmənin yaradılması, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər nəticəsində uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmana verilən səlahiyyətlər, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə müstəqil monitorinq qrupunun yaradılması qeyd edilib.

Qeyd olunan islahatlar nəzərə alınaraq, ENOC-un 29-cu Baş Assambleyasında Azərbaycanın Ombudsman təsisatı üzv təsisatların səs çoxluğu ilə assosiativ üzvlükdən tam üzvlüyə qəbul edilib.

Seçilən
9
8
teleqraf.com

9Mənbələr