AZ

Bu gün Xankəndi, Ağdərə və Xocalıda konsert keçiriləcək - VİDEO

Bu gün - sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, bu əlamətdar gün bu gün Xankəndi şəhərində təmtəraqlı şəkildə qeyd olunur.

Qaziler.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə axşam saatlarında şəhərdə konsert keçiriləcək.

Monitorlarda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin “Xankəndi, Ağdərə və Xocalı şəhəri günü”nə dair hazırladığı videoçarxda nümayiş olunacaq.

Həmin videoçarxı sizə də təqdim edirik.

Seçilən
20
6
qaziler.az

7Mənbələr