AZ

Ombudsman Aparatı Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin üzvü seçilib

Ombudsman Aparatı Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin tam üzvü seçilib.

Bu barədə Operativ Media-ya İnsan Hüquqları üzrə Müvəkkilin Aparatından məlumat verilib.

Bildirilib ki, qurumun Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva və Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC-un) Rumıniyanın Buxarest şəhərində keçirilən 29-cu İllik Konfransı və Baş Assambleyasında iştirak edib.

"Uşaqların fiziki sağlamlıq hüququnun müdafiəsi və təşviqi" mövzusuna həsr olunmuş tədbirdə ENOC-a üzv təsisatların ombudsmanları və nümayəndələri, müvafiq qurum rəhbərləri, beynəlxalq təşkilatların uşaq hüquqları üzrə məsul şəxsləri, ekspertlər iştirak ediblər.

Yığıncaqda Ombudsman Aparatının assosiativ üzvlükdən tam üzvlüyə qəbul edilməsi qərar alınıb.

Eyni zamanda tədbir çərçivəsində Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin ötən dövr ərzində, həmçinin gələcək fəaliyyət planı istiqamətində müzakirələr aparılıb, "Uşaqların fiziki sağlamlıq hüququnun müdafiəsi və təşviqi" üzrə ENOC-un bəyanatı təsdiq edilib.

Seçilən
29
operativmedia.az

1Mənbələr