AZ

Suriya Prezidentindən İsrail açıqlaması: “Razılığa gəlməyə...”

Suriya keçid hökumətinin Prezidenti Əhməd əş-Şaraa ABŞ-ın vasitəçiliyi ilə İsraillə danışıqlarda razılığa gəlməyə yaxın olduqlarını deyib.

“Cebheinfo.az”-ın məlumatına görə, Əhməd əş-Şaraa bu barədə Türkiyənin “Milliyet” qəzetinə müsahibəsində açıqlama verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Suriya və İsrail arasında 1974-cü ildə olduğu kimi bir razılaşma imzalana bilər.

Lakin Suriya Prezidenti bildirib ki, bu sənəd heç bir halda Təl-Əvivlə münasibətlərin normallaşdırılmasını nəzərdə tutmur:

“Suriya necə döyüşəcəyini bilir, amma daha müharibə istəmir”, - deyə Əhməd əş-Şaraa qeyd edib.

O əlavə edib ki, Suriyanın Əs-Suveyda şəhərində baş verən son iğtişaşlar İsraillə danışıqların başa çatmaq üzrə olduğu bir vaxtda qəsdən qurulmuş “tələ”dir.

Qətərə son hücumdan sonra aparılan danışıqlardan danışan Əhməd əş-Şaraa deyib: 

“Əgər sual belədirsə ki, mən İsrailə güvənirəm, ya yox, cavab budur: mən ona etibar etmirəm”.

O bildirib ki, İsrailin Suriya prezident sarayına və müdafiə nazirliyinə hücumu müharibə elan etməyə bərabərdir.

Eyni zamanda, o vurğulayıb ki, İsraillə təhlükəsizlik razılaşmasına sadiqliyi sual altında qalsa da belə, sazişin əldə olunması qaçılmazdır.

Seçilən
52
1
cebheinfo.az

2Mənbələr