AZ

BDYPİ-dən piyadalara müraciət

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumi yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi məqsədilə tədbirlərini davam etdirir.

BDYPİ-dən Publika.az-a verilən məlumata görə, piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi, eləcə də yolun hərəkət hissəsinə qəfil və gözlənilməz daxil olmaları qəza riski yaradır:

"Xüsusilə magistral yollarda belə hərəkətlərə yol verilməsi çox zaman faciələrlə nəticələnir. Bu baxımdan piyadaların intizamlı davranışı və qaydalara ciddi riayət etməsi həyati əhəmiyyət kəsb edir.

Bütün bunlar nəzərə alınaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir, eyni zamanda yol hərəkəti qaydalarını pozaraq sürücülər üçün təhlükə yaradan piyadalar inzibati məsuliyyətə cəlb edilirlər.

Seçilən
50
27
publika.az

10Mənbələr