AZ

Trampdan xəbərdarlıq: ABŞ hökuməti oktyabrın 1-dən fəaliyyətini dayandıra bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ hökuməti oktyabrın 1-dən fəaliyyətini dayandıra (şatdaun) bilər.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşündə bəyan edib.
Onun sözlərinə görə, bu, Konqresdə respublikaçılar və demokratların maliyyələşdirmə qanun layihəsi üzrə razılığa gələ bilmədiyi halda baş verəcək.
"Biz demokratlarla danışıqları davam etdirəcəyik, lakin düşünürəm ki, ölkə müəyyən müddətə bağlana bilər. Silahlı qüvvələrin və sosial ödənişlərin qayğısına qalacağıq", - deyə Tramp bildirib.
Prezident əlavə edib ki, əgər şatdaun baş verərsə, demokratların müdafiə etdiyi bir çox təşəbbüsləri maliyyələşdirmək mümkün olmayacaq.
Trampın sözlərinə görə, hökumətin maliyyələşdirilməsinin davam etməsi üçün Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənmiş qanun layihəsini Senat da dəstəkləməlidir:
"Bizim 53 senatorumuz var, lakin 60 səs lazımdır. Bu isə o deməkdir ki, Senatdakı demokratlar da qanun layihəsinə səs verməlidir. Mən isə onların bunu edəcəyinə inanmıram", - deyə o bildirib.
Qeyd edək ki, bir gün əvvəl Senat federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsinin davam etdirilməsini nəzərdə tutan iki qanun layihəsini rədd edib. Respublikaçılar tərəfindən hazırlanmış və aşağı palatada təsdiqlənmiş qanun layihəsi 48 qanunvericinin dəstəyini qazanıb, Senatda demokratlar tərəfindən hazırlanmış sənədi isə 47 qanunverici dəstəkləyib. Beləliklə, Senat oktyabrın 1-də hökumətin fəaliyyətinin mümkün dayandırılmasının qarşısını alacaq qanun layihəsini qəbul edə bilməyib. ABŞ mediasının məlumatına görə, bu, şatdaun ehtimalını kəskin şəkildə artırır, çünki gələn həftə Konqres fasiləyə çıxacaq.
Seçilən
67
50
oxu.az

10Mənbələr