AZ

ABŞ ordusu narkotik daşıyan gəmini məhv edib

Ajans.az xəbər verir ki,Tramp bu barədə TruthSocial sosial media platformasında paylaşım edərək bildirib ki, gəminin göyərtəsində olan üç "narko-terrorçu" zərbə nəticəsində zərərsizləşdirilib. “Zərbə beynəlxalq sularda endirilib və nəticədə gəmidə olan üç kişi narko-terrorçu məhv edilib”, – deyə Tramp bildirib. Onun sözlərinə görə, kəşfiyyat məlumatları gəminin ABŞ-a narkotik maddə daşıdığını təsdiqləyib. Prezident hadisənin görüntülərini də yayımlayıb. Tramp həmçinin qeyd edib ki, əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki qeydə alınmayıb. Hazırda ABŞ Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlar hadisənin detalları üzərində işləyir. Rəsmi mənbələrdən əlavə açıqlama verilməyib.

Seçilən
15
Ajans.az

1Mənbələr