AZ

Diş əti xəstəliklərinin ağır nəticələri açıqlandı

Bədənimizin ümumi sağlamlığı diş ətlərinin vəziyyətindən birbaşa asılıdır.

E-sağlam.az xəbər verir ki, bu sözləri diş həkimi Jenna Cimon bildirib. 

Onun sözlərinə görə, diş əti iltihabı yalnız ağızda problem yaratmır, həm də ürək-damar xəstəlikləri, qıcıqlanan bağırsaq sindromu və depressiya riskini artırır.

Həkim qeyd edib ki, ağızda yaranan xroniki iltihab yaşlanmanı sürətləndirir və ümumi sağlamlığa mənfi təsir göstərir. Bunun səbəbi diş ətlərinin qan dövranı ilə sıx bağlı olmasıdır. İltihab zamanı toksinlər və bakteriyalar qana qarışaraq bütün orqanizmə təsir edir.

Cimon əlavə edib ki, siqaret çəkmək, çox şəkərli qida qəbul etmək və stress bu vəziyyəti daha da ağırlaşdırır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
7
e-saglam.az

1Mənbələr