AZ

Ukrayna Saratov neft emalı zavoduna dron hücumu edib

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Sentyabrın 20-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi altında PUA qüvvələri Saratov neft emalı zavoduna zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna mediası Silahlı Qüvvələrin Baş Qərargahına istinadən məlumat verib.

Məlumata görə, hadisə yerində partlayışlar və genişmiqyaslı yanğın qeydə alınıb. Hücumun nəticələri dəqiqləşdirilir.

Qeyd olunur ki, hücuma məruz qalmış zavod Rusiyanın ümumi neft emalı həcminin təxminən 2,54%-ni, ildə 7 milyon tondan çox neftin emalını təmin edir.

Samara vilayətində Energetika və Yanacaq Kompleksi obyektlərinə də pilotsuz uçuş aparatılarla hücum edilib. Bu haqda məlumat verən qubernator Vyacheslav Fedorishchev zərbənin nəticələinin aradan qaldırıldığını qeyd edib.

“Hazırda zərbələrin nəticələri lokallaşdırılıb. Mənim tapşırığımla hadisə yerində əməliyyat qərargahı qrupu işləyir”, - o, bildirib.

Bundan əvvəl Novokuybishevsk neft emalı zavoduna da hücum barədə məlumat verilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
3
apa.az

4Mənbələr