AZ

Kəlbəcərə növbəti köç karvanı yola salınıb

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

Xezerxeber.az xəbər verir ki, bu mərhələdə Gəncə şəhərindən 12 ailə (44 nəfər), Bakı şəhərindən 6 ailə (20 nəfər), Abşeron rayonundan 4 ailə (14 nəfər), Bərdə rayonundan 2 ailə (10 nəfər), Göygöl rayonundan 2 ailə (9 nəfər), Yevlax rayonundan 1 ailə (7 nəfər), Salyan rayonundan 1 ailə (6 nəfər) və Şəmkir rayonundan 1 ailə (5 nəfər), ümumilikdə 29 ailə (115 nəfər) Kəlbəcər şəhərinə köçürülür. Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Beləliklə, bugünkü köçlə birlikdə Kəlbəcər şəhərinə ümumilikdə 81 ailə (338 nəfər) köçürülüb.

Seçilən
15
18
xezerxeber.az

10Mənbələr