AZ

Naxçıvanda qəza ilə əlaqədar 3 kəndin su təchizatı dayandırılıb

Naxçıvan, 20 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərində içməli su xəttində qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza şəhərin Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.

Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin kəndlərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranıb. Təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə təchizatı təmin olunacaq.

 

Seçilən
15
5
azertag.az

9Mənbələr