AZ

Qarabağda qondarma rejimin süqutundan iki il ötür

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2023-cü il sentyabrın 20-si, saat 13:00-da Qarabağdakı separatçıların qondarma rejimi silahı yerə qoyduğunu elan etdi.
Oxu.Az xatırladır ki, Vətən müharibəsindən sonra bölgədə cərəyan edən separatizm hərəkətləri Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu.
2023-cü il sentyabrın 19-da saat 13 radələrində əməliyyata start verildi. Müdafiə Nazirliyinin məlumatına görə, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə icra edilən əməliyyat nəticəsində sıradan çıxarıldı, xeyli sayda canlı qüvvə məhv edildi.
Gecə saatlarında Müdafiə Nazirliyi antiterror tədbirlərinin aparıldığı rayonda silahın yerə qoyulması ilə bağlı çağırış etdi. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağdakı separatçılar həmin çağırışa əhəmiyyət vermədilər və sentyabrın 20-də döyüş əməliyyatları yenidən davam etdirildi.
Sentyabrın 20-də ABŞ-nin həmin vaxt dövlət katibi olan Antoni Blinkenlə telefon danışığında Prezident İlham Əliyev əməliyyatların dayandırılmasının şərtlərini açıqladı.
"Silahın yerə qoyulduğu və tərk-silah olunduğu halda antiterror tədbirləri dayandırılacaq", - Prezident dedi.
Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvət edildiyi diqqətə çatdırıldı.
Nəhayət, 2023-cü il sentyabrın 20-də saat 13:00-da Qarabağın erməni sakinlərinin müraciəti nəzərə alınaraq aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində antiterror tədbirlərinin başa çatdığını və Azərbaycanın dövlət suverenliyini bərpa etdiyini elan etdi.
Seçilən
64
2
oxu.az

4Mənbələr