AZ

Beynəlxalq Cərrahlar Günü: Tibbin görünməz qəhrəmanları

2014-cü ildə Beynəlxalq Cərrahlar Assosiasiyası cərrahlar üçün xüsusi peşə bayramı yaratmağı təklif edib.

E-saglam.az xəbər verir ki, bu gün hələ rəsmi status almasa da, bir çox ölkələrdə, o cümlədən Rusiyada geniş şəkildə qeyd olunur. Adətə görə, təkcə cərrahlar deyil, əməliyyat otaqlarında çalışan tibb bacıları da təbrik edilir.

Cərrahiyyə tibbin ən çətin sahələrindən biri sayılır. Onun tarixi isə çox qədimdir – arxeoloqların fikrincə, qədim dövrlərdə də həkimlər qan axıdılmasını dayandırır, əzələləri tikir, orqanların bir hissəsini çıxarır və amputasiya aparırdılar.

XIX əsrdə cərrahiyyə böyük inkişaf yolu keçdi. Bu sahənin inkişafında dünya miqyasında tanınmış rus cərrahları – Nikolay Piroqov, Nikolay Sklifosovski, Sergey Fedorov, Nikolay Burdenko və başqaları mühüm rol oynayıblar.

Qeyd edək ki, Rusiyada cərrahların başqa bir peşə bayramı da var – hər il 25 noyabrda, görkəmli cərrah Nikolay Piroqovun doğum günü münasibətilə qeyd olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
29
e-saglam.az

1Mənbələr