AZ

İlham Əliyev həmkarını qarşıladı - FOTO

Azərbaycana rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

News24.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verib.

Ruandanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


Seçilən
77
43
news24.az

10Mənbələr