AZ

ABŞ Avropaya “Patriot” satışını dayandırıb

ABŞ bəzi Avropa ölkələrinə bir sıra hərbi texnikanın, xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemlərinin satışını dayandırıb.

Bu barədə “The Atlantic” nəşri məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, ABŞ-nin Avropaya hərbi texnika satışına münasibətində dəyişikliklərin ilk göstəricisi Danimarkanın balistik raketləri vurmaq qabiliyyətinə malik “Patriot” sistemlərinin alınması istəyini rədd etməsi olub.

Administrasiya rəsmiləri “The Atlantic” nəşrinə bildiriblər ki, ABŞ Müdafiə Nazirliyinin müavini Elbric Kolbi “Patriot” sistemlərinin Danimarkaya satışını bəyənməyib, çünki bu sistemlər qıtlaşıb və onun fikrincə onlar yalnız ABŞ-nin ehtiyacları üçün saxlanmalıdır.

Administrasiyadakı mənbələr bildirir ki, Pentaqon bəzi silah növlərinin çatışmazlığı səbəbindən Avropadan gələn yeni tələbləri bloklamağa başlayıb.

Mənbələr bloklanmanın nə qədər davam edəcəyi, “Patriot” sistemlərindən başqa hansı silahların siyahıda olduğu və siyahının genişlənib-genişlənməyəcəyi barədə məlumat verməyiblər. Ancaq belə silahların satışında istisnaların çox nadir hallarda ediləcəyi bildirilir.

MənbəAPA
Seçilən
66
6
banker.az

7Mənbələr