AZ

Anyma Bakı Kristal Zalında konsert verib

Bakı, 20 sentyabr, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Kristal Zalında elektron musiqinin ən parlaq adlarından biri – Anyma möhtəşəm konsert proqramı ilə səhnəyə çıxıb.

AZƏRTAC xəbər verir ki, İtalyan-Amerikalı DJ və musiqi prodüseri olan Anyma özünün məşhur “Genesys” albomundan seçilmiş treklərlə tamaşaçılara valehedici anlar bəxş edib. Onun elektron ritmləri, güclü vizual effektləri və xüsusi səhnə şousu paytaxt sakinləri və qonaqlar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Anyma artıq “Tomorrowland” və “Coachella” kimi festivallarda milyonlarla insan qarşısında çıxış edib. Bakı Kristal Zalındakı performansı isə Formula 1 Azərbaycan Qran-Prisinin musiqi proqramının diqqətçəkən hissələrindən biri olub.

Qeyd edək ki, bu axşam Glass Animals və Martin Qarrika Kristal Zal səhnəsində çıxış edəcək.

Seçilən
23
6
azertag.az

9Mənbələr