AZ

Dopinqə görə cəzalanan futbolçu atletikaya keçir

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Çelsi” və Ukrayna millisinin dopinqə görə futboldan uzaqlaşdırılan oyunçusu Mixail Mudrik atletika yarışlarında iştirak etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 24 yaşlı vinger atletika məşqçiləri ilə artıq çalışmalara başlayıb.

O, 2028-ci ildə ABŞ-də keçiriləcək Olimpiya Oyunlarında Ukrayna yığmasında sprinter kimi çıxış etmək istəyir. O, bunun üçün 2027-ci ildə olacaq seçimlərdə yaxşı nəticə qazanmalıdır.

Mudrik 2023-cü ildə “Şaxtyor”dan “Çelsi”yə 70 milyon avroya transfer edilib. O, ötən il antidopinq qaydalarını pozduğu üçün futboldan 4 il müddətin uzaqlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
futbolpress.az

1Mənbələr