AZ

Əsrimizin BƏLASI Son beş ildə narkomaniya diaqnozu qoyulanların DƏHŞƏTLİ STATİSTİKASI İNFOQRAFİKA

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ötən il ölkəmizdə 4 967 nəfərə narkomaniya xəstəliyi ilə bağlı diaqnoz qoyulub.Bu, Dövlət Statistika Komitəsinin ötən ilki məlumatlarında yer alıb.Bizim.Media son 5 ildə alkoqolizm, narkomaniya və toksikomaniya üzrə  xəstələrin sayını və müqayisəsini təqdim edir:

2020 2020-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış alkoqolizm və alkoqol psixozu üzrə xəstələrin sayı 339, narkomaniya xəstələrinin sayı 2 723, toksikomaniya xəstələrinin sayı 122 nəfər təşkil edib.Müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu xəstələrinin sayı 13 567, narkomaniya xəstələrinin sayı 33 788, toksikomaniya xəstələrinin sayı 327 nəfər olub.20212021-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış alkoqolizm və alkoqol psixozu üzrə xəstələrin sayı  artıb – 439. Narkomaniya xəstələrinin sayı 2 dəfə artaraq 5 603-ə, toksikomaniya xəstələrinin sayı isə 361 nəfərə çatıb. Müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu xəstələrinin sayı azalıb - 10 514. Narkomaniya xəstələrinin sayı 34 602, toksikomaniya xəstələrinin sayı isə 630 nəfər təşkil edib.20222022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış alkoqolizm və alkoqol psixozu üzrə xəstələrin sayı 682 olub. Bu ildə narkomaniya xəstələrinin  sayı 2021-ci ildə isə azalaraq 3 689 nəfərə enib. Toksikomaniya xəstələrinin sayı 590 nəfər olub. Müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu xəstələrinin sayı da 2021-ci illə müqayisədə azalıb - 9 793.  Narkomaniya xəstələrinin  sayı  35 097, toksikomaniya xəstələrinin sayı isə 1 156 nəfər təşkil edib.20232023-cü ildə də sözügedən göstəricilər üzrə artım müşahidə edilib. Belə ki,  ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış alkoqolizm və alkoqol psixozu xəstələrinin sayı 600, narkomaniya xəstələrinin  sayı 3 796, toksikomaniya xəstələrinin sayı 407 nəfər olub.Müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu xəstələrinin sayı 9 595, narkomaniya xəstələrinin  sayı 36 659, toksikomaniya xəstələrinin sayı 1 497 nəfər olub.2024Ötən il ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış alkoqolizm və alkoqol psixozu üzrə xəstələrin sayı 590 nəfər təşkil edib.Narkomaniya üzrə xəstələrin sayı isə 3 831 nəfər artaraq 4 967 nəfərə çatıb. Toksikomaniya üzrə xəstələrin sayı isə 1 091 nəfər olub.Müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı 9 578 nəfər təşkil edib.2023-cü illə müqayisədə narkomaniya xəstələrinin sayı 40 490 nəfər çatıb. Toksikomaniya xəstələrinin sayı isə 2 492 nəfər olub.  Naibə Məmmədova, Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
1
bizim.media

2Mənbələr