AZ

Xankəndidə Şəhər Günü qeyd olunur

Xankəndidə Şəhər Günü keçirilir.

Publika.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutur.

Tədbir çərçivəsində gün ərzində sərgi, tamaşa nümayişi və konsertlər təşkil olunacaq.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam bərpa edilib.

Seçilən
21
7
publika.az

10Mənbələr