ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə “Göztepe” futbol klubu azarkeşləri arasında dava olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə dünən “Göztepe”-“Beşiktaş” oyunundan sonra İzmir şəhərinin Konak qəsəbəsində, Göztepe parkında qeydə alınıb.
Klub azarkeşləri olan 2 qrup arasında naməlum səbəbdən kütləvi dava olub. Dava zamanı bıçaq və odlu silahdan istifadə olunub. Nəticədə 7 nəfər tapança ilə vurularaq, yaralanıb. Yaralılardan xəstəxanaya aparılan 1 nəfəri xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb.
Qeyd edək ki, “Göztepe”-“Beşiktaş” oyunu ev sahiblərinin 3-0 qələbəsi ilə yekunlaşıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.