AZ

Ukrayna ordusu Saratovdakı neft zavodunu vurdu İstehsal prosesi iflic olub

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 20-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın neftayırma sənayesinə güclü zərbələr endirib. Teleqram kanallarında yayılan məlumata görə, Saratov vilayətində yerləşən və böyük həcmdə neft məhsulları ixrac edən müəssisə hücum nəticəsində sıradan çıxarılıb.

Zərbə nəticəsində müəssisədə yanğın baş verib və istehsal prosesi tam iflic olub. İlkin məlumatlara görə, obyektin infrastrukturu ciddi zədələnib.

Rusiyanın rəsmi qurumları hələlik hücuma dair ətraflı açıqlama verməyiblər.

Xatırladaq ki, Ukrayna ordusu son aylarda Rusiyanın enerji infrastrukturuna, xüsusilə neftayırma zavodlarına intensiv zərbələr endirir. Bu hücumların məqsədi həm Rusiya iqtisadiyyatına zərbə vurmaq, həm də Kremlə qarşı əlavə təzyiq yaratmaqdır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
azpolitika.info

1Mənbələr