AZ

ABŞ dan Avropaya növbəti ZƏRBƏ

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ administrasiyası Avropa ölkələrinə hərbi texnika satışı siyasətini yenidən nəzərdən keçirərək, “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükünə məhdudiyyətlər qoyur. Bir neçə gün əvvəl Danimarka çoxmilyardlıq “Patriot” sistemi almaq niyyətində olsa da, Pentaqon gözlənilmədən imtina edib.Bizim.Media “The Atlantic” nəşrinə istinadən xəbər verir ki, sentyabrın əvvəlində ABŞ müdafiə nazirinin müavini Elbridj Kolbi Dövlət Departamentinə bəzi xarici satışların dəyərini görmədiyini bildirib və Danimarkaya “Patriot” sistemlərinin satılmasını dəstəkləmədiyini vurğulayıb.O qeyd edib ki, bu sistemlərin sayı məhduddur və ABŞ-ın özündə saxlanılmalıdır.Məhdudiyyətlər yalnız Danimarka ilə məhdudlaşmır. İndiki və keçmiş administrasiya rəsmilərinin sözlərinə görə, Pentaqon çatışmazlıq olan silah növlərinin siyahısını tərtib edib və Avropaya yeni tədarük sifarişlərini bloklamağı planlaşdırır.Hazırda məhdudiyyətlərin nə qədər davam edəcəyi və hansı silahların siyahıya daxil olduğu bəlli deyil. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, ölkə hazırda planların icrası üçün lazım olan raket-interseptorların cəmi 25 faizinə malikdir. Bu isə “Patriot” sistemlərini, xüsusilə də Estoniya hava məkanının rus hərbi təyyarələri tərəfindən son vaxtlar pozulması fonunda, Avropa ölkələri üçün daha da dəyərli edir.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
bizim.media

2Mənbələr