AZ

Avropa İttifaqı Budapeşti hədələyir

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Macarıstana 550 milyon avroluq subsidiyalar ləğv edilə bilər

Avropa İttifaqı (Aİ) Budapeştin Rusiyaya qarşı yeni sanksiyalar paketinin təsdiqlənməsinə mane olmasının qarşısını almaq üçün Macarıstana 550 milyon avroluq subsidiyaları ləğv edə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazıb.

Qəzet qeyd edib ki, sanksiyaların qəbulu üçün Aİ-yə üzv olan bütün dövlətlərin razılığı lazımdır. Lakin Rusiya neftini almağa davam edən Macarıstan və Slovakiya bu tədbirlərə veto qoymaqla hədələyib.

Macarıstanın Baş naziri Viktor Orban əvvəllər dəfələrlə Moskvaya qarşı sanksiyaların qəbulunu gecikdirib və həmçinin Aİ-nin qərar və bəyanatlarını bloklamaqla hədələyib.

Nəşr yazıb ki, 2023-cü ildə Avropa Komissiyası (AK) Budapeştin Ukraynaya 50 milyard avroluq yardıma veto qoymaması üçün Macarıstana təqribən 10 milyard avroluq subsidiyaları dondurub.

2022-ci ildə Brüssel Aİ-nin Macarıstana ayrılan təxminən 22 milyard avro vəsaiti dondurub. Buna səbəb ölkənin məhkəmə sisteminin müstəqilliyi, LGBT hüquqlarına hörmət, söz azadlığı, qaçqın hüquqları və bir sıra digər məsələlərlə bağlı narahatlıqlar olub.

Sentyabrın 19-da AK Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib. Sanksiyalar siyahısına 118 "kölgə donanması" gəmisi daxil ediləcək və bununla da Aİ-nin sanksiyalarına məruz qalan Rusiya gəmilərinin ümumi sayı 560-ı ötəcək. Yeni paketin müddəalarından biri 2027-ci il yanvarın 1-dək Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyulması təklifidir. Sanksiyalar Rusiyanın ən iri şirkətləri olan "Rosm.Neftspro" və "Gazsm.Neft" enerji şirkətlərini də əhatə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
ayna.az

1Mənbələr