AZ

“Bizi özümüz olmağa qoymayan Qarabağ böyüklükdə məğlubiyyəti məğlub etmişik”

Adelet.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bəlkə də yaşadığımız zaman kəsiyinin sərhədlərinə sığmayan, bətnində iki əsrin arzularını daşıyan sevincin, xoşbəxtliyin ağırlığından hələ də əldə etdiyimiz Zəfərin nə qədər böyük bir məna yükü daşıdığının fərqində deyilik. Biz, illər uzunu düşüncəmizə, ruhumuza, bütövlüyümüzə qənim kəsilən, bizi əzən, aşağılayan, özümüz olmağa qoymayan Qarabağ böyüklükdə məğlubiyyəti məğlub etmişik!”.

Adalet.az xəbər verir ki, bunu millət vəkili Elçin Mirzəbəyli deyib.

“Biz, haqqımızı yeyən, gözümüzün içinə yalan və böhtan püskürən, yüzminlərlə soydaşımızı doğma yurdunun havasına, suyuna həsrət qoyan “üçbaşlı əşdaha”ları yenmişik. Biz xeyrin şər, işığın qaranlıq üzərində zəfərinin mümkünlüyünü unutmuş, yadırğamış, hiyləgər, satqın, dönük və riyakar dünyaya və bu dünyanın ədalətsiz düzənindən əzab çəkən, sarsılan hər kəsə haqqın birüzlü və ləyaqətli qalib obrazını təqdim etməyi, nümunə göstərməyi bacarmışıq. Məhz bu səbəbdən, həm də boyasız-filansız, öz Dövlətimlə, Bayrağımla, Ali Baş Komandanımla, Ordumla və Yurdumla qürur duyuram!”,- deyi millət vəkili bildirib.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
adalet.az

2Mənbələr