AZ

Belarus hökuməti sənaye məhsullarının ixracına qoyulan qadağanın müddətini uzatdı

BAKI, 20 sentyabr. TELEQRAF

Belarus hökuməti bəzi sənaye mallarının ixracına tətbiq olunan müvəqqəti qadağanın müddətini uzadıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, Belarus Nazirlər Şurasının bu qərarı ölkənin milli hüquqi internet portalında dərc edilib.

Sənəddə bildirilib ki, mənşə ölkəsindən asılı olmayaraq, Belarus Respublikasından Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə, həmçinin Aİİ-yə üzv olmayan ölkələrə gömrük prosedurları çərçivəsində malların ixracı, təkrar ixracı, müvəqqəti ixracı və gömrük sərhədindən kənara çıxarılması qadağan olunur.

Lakin bu qadağa, malların belarus və ya rus mənşəli olduğunu təsdiq edən müvafiq mənşə sertifikatı və ya ekspertiza aktı təqdim olunduğu hallara şamil edilmir. Həmçinin, bəzi istisna məhsullar üçün də ixrac məhdudiyyəti tətbiq olunmayacaq.

Yeni qərar sentyabrın 23-dən qüvvəyə minəcək və 22 mart 2026-cı ilədək qüvvədə qalacaq.

Qeyd edək ki, Belarusda sənaye mallarının ixracına müvəqqəti qadağa ilk dəfə 2022-ci ilin mart ayında tətbiq edilmişdi və bu müddət sonradan bir neçə dəfə uzadılıb. Qadağa tətbiq olunan məhsullar siyahısına 200-dən çox sənaye məhsulu daxildir.

Seçilən
48
teleqraf.com

1Mənbələr