İki il əvvəl-2023-cü il sentyabrın 20-də həyata keçirilən uğurlu antiterror əməliyyatları nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu qələbə kökü 200 il əvvələ gedən problemi birdəfəlik həll etdi.
Ali Baş Komandanın qətiyyəti, Ordunun peşəkar yönləndirilməsi, cəmiyyətin monolitliyi böyük zəfərimizi şərtləndirdi. Şuşa
Zəfərindən sonra Xankəndi və Xocalı ilə bağlı cəfəng iddialar səslənirdi. Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələr ictimai rəyi çaşdırmağa, böyük zəfərə kölgə salmağa çalışırdı. Lakin cənab Pezidentin “nəyi, necə və nə vaxt etmək” prinsipi bu dəfə də antiAzərbaycan qüvvələrə
və onların “maşa”sına çevrilən bəzi sapımızdan olan baltalara da obrazlı desək, tərs sillə oldu.
15 oktyabr 2023-cü il xalqımız Xankəndidə üçrəngli bayrağın ucaldılmasının sevincini yaşadı. Heydər Əliyev ilində və Prezident İlham Əliyevin faəliyyətinin 20-ci ilində Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəngdə ucaldıldı. Xankəndidə tarixi zəfər paradı keçirildi. Bu, 30 ilə yaxın müddətdə tarixi torpaqlarımızda hökm sürən terrorun, separtazimin kökünün kəsilməsinin əyani sübutu idi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı naliyyətlər böyük qələbəni şərtləndirdi və Azərbaycan 30 il davam edən ədalətsizliyə öz iradəsi və gücü hesabına son qoydu.
Xankəndidə ucaldılan bayraq da göstərdi ki, 20 il ərzində Prezident İlham Əliyevin dediyi sözlər, verdiyi vədlərin hamısı əməli təsdiqini tapıb. Xalqımız istər 44 günlük müharibədə qazandığımız zəfərə, istərsə də antiterror əməliyyatlarında əldə etdiyimiz uğura layiqdir. Dövlət başçımızın da söylədiyi kimi, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə edib. Azad olunmuş ərazilərimizdə ucalan şanlı bayrağımız bir daha təsdiqlədi ki, bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir.
Bu gün Xankəndidə, Xocavənddə, Ağdərədə, Xocalıda həm də şəhər günü qeyd olunur. Qısa müddətdə bütün azad olunmuş ərazilərimiz kimi burada da genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlayan ilk Univeritet də Xankəndidə açıldı.
Suverenliyin tam bərpasından sonra Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı.
Beləliklə, 44 günlük Vətən müharibəsi və suverenliyin tam bərpası əməliyyatından sonra varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyəti dövründəki milli sərhədlərimizin bərpasına nail olduq. Azərbaycan xalqı artıq 2 ildir 20 sentyabrı Dövlət Suverenliyi Günü kimi qeyd edir. Suverenliyini bərpa edən Azərbaycan tarixdə ən güclü və qürurlu dövrünü yaşayır.