AZ

İlk məşqçisi “Qarabağ”ın yeni hücumçusu haqda, görün, nələr söylədi!

“Qarabağ”ın yeni hücumçusu Kamilo Duranın Portuqaliyadakı ilk məşqçisi Rikardo Pessoa yetirməsinin karyerasındakı yüksəlişi dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis kolumbiyalı forvardın bu uğuruna təəccüblənmədiyini deyib.

O, yerli mətbuata açıqlamasında “Benfika”ya qarşı Çempionlar Liqası matçında qol vuraraq “Qarabağ”ın 3:2 hesablı qələbəsinin memarlarından olan Duranın uşaqlıq arzusunu reallaşdırdığını söyləyib:

“Biz Duranın bir gün Çempionlar Liqasında oynayacağını gözləyirdik. Bunu çoxdan hiss edirdim və özünə də demişdim. O özü də inandı, arzusunu gerçəkləşdirdi”.

“Lusityania”da Kamilo Duranın məşqçisi olmuş Pessoa onunla bağlı maraqlı bir faktı də bildirib:

“Kamilo Portuqaliyanın yüksək liqasında çıxış etmədən birbaşa Çempionlar Liqası səviyyəsinə yüksəldi. İlk vaxtlar bölgə çempionatında oynayırdı.

Sonra ardıcıl olaraq 3-cü və 2-ci liqada özünü göstərdi. Bu da o deməkdir ki, bizim aşağı liqalarımızda yaxşı oyunçular var”.

Seçilən
19
sportinfo.az

1Mənbələr