AZ

Günəş tutulması bürclərə necə təsir edəcək?

Sentyabrın sonlarında baş tutacaq güclü Günəş tutulması bəzi bürclərin həyatında mühüm dəyişikliklərə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, astrologiyaya görə, bu dəfəki tutulma xüsusilə 4 bürcü daha çox sınağa çəkəcək.

Onların həm şəxsi münasibətlərində, həm də karyera və maliyyə məsələlərində gözlənilməz dəyişikliklər yaşana bilər.

Qoç

Tutulma Qoçların planlarını alt-üst edə bilər. İş həyatında gözlənilməz maneələr, şəxsi həyatda isə ani qərarlar onları çətin vəziyyətə sala bilər.

Xərçəng

Xərçənglər üçün emosional dönəm başlayır. Köhnə yaralar üzə çıxa, yaxın münasibətlərdə gərginliklər yarana bilər.

Tərəzi

Tərəzilər üçün balans qorumaq çətinləşəcək. İşdə və ailədə yeni məsuliyyətlər onların üzərinə düşə bilər.

Oğlaq

Tutulma Oğlaqların karyerasında böyük dəyişikliklərə səbəb ola bilər. İrəliləyiş fürsəti olsa da, gözlənilməz risklər də gündəmə gələ bilər.

Astroloqlar bildirirlər ki, bu bürclər üçün tutulma həm sınaq, həm də dönüş nöqtəsi ola bilər. Əsas odur ki, panikaya düşməyib soyuqqanlı qərarlar versinlər. (milli.az)

Bizim.Media

Seçilən
36
3
bizim.media

4Mənbələr