AZ

Naxçıvan Hərbi Kollecində Dövlət Suverenliyi Günü qeyd olunub

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə tədbir təşkil olunub.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Təbriz Zeynalov, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Yeganə Məmmədova, Naxçıvan Hərbi Kollecinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Bağır Babayev çıxış edərək Dövlət Suverenliyi Gününün Azərbaycanın dövlətçilik tarixindəki rolundan, əhəmiyyətindən danışıblar.

Sonra kollecin 1-ci və 2-ci kurs kursantlarının hazırladıqları bədii kompozisiya təqdim olunub.

Səbuhi HƏSƏNOV

 

 

Seçilən
49
2
xalqqazeti.az

3Mənbələr