AZ

Zelenski: “Nə Koreya, nə də Finlandiya ssenarisinə razıyıq”

“Ukrayna Rusiya ilə müharibənin başa çatdırılması üçün “Koreya”, “Finladiya” və ya hər hansı başqa ssenarini nəzərdən keçirmir”.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçısı qeyd edib ki, müxtəlif ssenarilər barədə danışıq sadəcə ritorika xarakteri daşıyır.

Onun sözlərinə görə, müharibənin sonuna dair yekun sənədin olmaması da mümkündür. Buna görə də Ukraynaya hər hansı saziş imzalanmazdan əvvəl təhlükəsizlik zəmanətləri lazımdır.

Zelenski Fransa prezidenti Emmanuel Makronun təhlükəsizlik zəmanətlərinin müharibənin bitməsini gözləməməsi ilə bağlı fikirləri ilə razılaşdığını bildirib. O vurğulayıb ki, hətta atəşkəsin müvəqqəti elan olunması belə bu zəmanətlərin verilməsi üçün əsas ola bilər.


Prezident əlavə edib ki, Ukrayna hansı addımların prioritet olduğunu və yeni təcavüzün qarşısını almaq üçün hansı təhlükəsizlik zəmanətlərinin zəruri olduğunu dəqiq bilir. “Hətta düşmən yenidən hücuma cəhd etsə belə, o, real müqavimətlə üzləşəcək”, — deyə Zelenski qeyd edib.

Bizim.Media

Seçilən
48
bizim.media

1Mənbələr