"MH-60 Black Hawk" helikopterinin Vaşinqton ştatındakı Luis-Makkord bazası yaxınlığında qəzaya uğraması nəticəsində ABŞ ordusunun dörd əsgəri həlak olub.
Avtosfer.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, insident adi təlim tapşırığı zamanı baş verib.
Ölən əsgərlər gecə tapşırıqları yerinə yetirən 160-cı aviasiya alayının tərkibində xidmət ediblər.
Qəzanın səbəbi araşdırılır, həlak olanların adları daha sonra açıqlanacaq.