AZ

“Turan” Berdiyevi yola salsa... Yerinə indidən 4 namizəd var

Dörd yerli mütəxəssis «Turan Tovuz»u çalışdırmağa hazırdır.

Bu barədə klub rəhbərliyinə yaxın şəxs redaksiyamıza məlumat verib.

Belə ki, müxtəlif məşqçilər onlara xəbər göndərərək, Kurban Berdiyevi əvəzləməyə razı olduqlarını bildiriblər.

Saytımıza verilən informasiyada qeyd edlilib ki, Ehtiram Quliyev hazırkı çalışdırıcının oynatdığı futboldan qətiyyən razı deyil.

İdarə Heyətinin sədri, sadəcə, nəticələrə görə səsini çıxarmır və «Baba» ləqəbli rusiyalıya güldən avğır söz demir:

«Ehtiram müəllim azarkeşlərin fikrini bilir. Görür ki, heç kim Berdiyevin futbolunu bəyənmir.

Heç özü də bəyənmir. Komanda udmağa davam edir deyə, sakit qalıb.

Futbolçuların özləri də bizə söyləyib ki, Berdiyevdən doymuşuq, həmişə müdafiə taktikası seçməsindən bezmişik. Allah eləməsin, komanda pis getsə, çətin ki, Ehtiram müəllim daha dözə bilsin.

Berdiyev getsə, o, bu yerə xarici məşqçi gətirməyəcək. Bir neçə namizəd var artıq.

Hətta bəzi yerli məşqçilərin özləri müxtəlif şəxslərin vasitəsilə kluba xəbər göndərib ki, «Turan»da işləməyə hazırdırlar».

SRORTİNFO.AZ

Seçilən
28
sportinfo.az

1Mənbələr