AZ

“Fan Forum” Bakıda Formula 1 həvəskarlarına həyacan dolu anlar yaşatdı (FOTO)

Bakı. Trend:

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsindəazarkeşlərin ən çox səbirsizliklə gözlədiyi tədbirlərdən biri – FanForum bu gün Dənizkənarı Bulvarın möhtəşəm atmosferində baştutdu.

Trend xəbərverir ki, xüsusi olaraq qurulan səhnədə dünya şöhrətli Formula 1pilotları azarkeşlərlə görüşərək unudulmaz atmosfer yaratdılar.

Pilotların səhnəyə çıxışı gur alqışlarla qarşılandı, fanatlarisə onlara suallar ünvanladı, avtoqraflar topladı və xatirəşəkilləri ilə yarış həftəsinin həyəcanını əbədiləşdirdi.

Səmimi ünsiyyət formatında təşkil olunan görüş azarkeşlərəsevimli sürücülərini daha yaxından tanımaq, onların yarışla bağlıtəəssüratlarını birbaşa dinləmək imkanı verdi. Bu, həm yerli, həmdə xarici fanatlar üçün unikal bir təcrübə oldu.

Bu günkü forumda Haas, Ferrari, Alpine, Red Bull Racing vəMercedes komandalarının pilotları səhnəyə çıxaraq coşqu dolu enerjiilə Fan Zonaya həyat verdilər. Onların iştirakı Bakı tamaşaçılarıilə Formula 1 dünyası arasında daha da möhkəm bağ yaratdı.

Fan Forum yarış həftəsinin həyəcanını daha da artıraraqazarkeşlərə əsl Formula 1 festivalı yaşadıb.

“Fan
“Fan
“Fan
“Fan
“Fan
“Fan
Məqalədə:
Seçilən
62
5
az.trend.az

6Mənbələr