AZ

Qəbələdə III MDB Oyunlarına test xarakteri daşıyan futbol matçı keçirilib

Qəbələ şəhər stadionunda III MDB Oyunlarına hazırlıq məqsədilə test xarakteri daşıyan futbol matçı keçirilib.

XQ xəbər verir ki, oyun III MDB Oyunlarının Təşkilat Komitəsi tərəfindən təşkil olunub. Test matçında “Qəbələ” Futbol Klubunun aşağı yaş qrupları üzrə komandaları qarşılaşıblar.

III MDB Oyunları öncəsi təşkil edilən test yarışlarında təşkilati məsələlər yoxlanılır, texniki detallar sınaqdan keçirilir və təhlükəsizlik tədbirlərinin təşkili də ətraflı şəkildə yoxlanılır.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

III MDB Oyunları çərçivəsində futbol yarışı Qəbələ şəhər stadionunda təşkil olunacaq.

XQ

 

Seçilən
22
10
xalqqazeti.az

10Mənbələr