AZ

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərində 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirlər təşkil olunub.

Nazirlikdən Publika.az-a bildirilib ki, əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Dövlət Himni ilə başlanan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda qeyd edilib ki, Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Dövlətimizin suverenliyi Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsinin nəticəsi kimi vurğulanıb.

Seçilən
23
1
publika.az

6Mənbələr