Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Xankəndi şəhər günü çərçivəsində konsert proqramı baş tutub.
APA-nın Xankəndinə ezam olunmuş müxbirinin məlumatına görə, proqramda Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilən Uşaq İncəsənət Festivalının 2023-cü il qalibləri iştirak ediblər.
Konsert Xankəndi şəhərinin Zəfər meydanında keçirilib.






