AZ

Formula 2 üzrə Azərbaycan Qran-Prisində sprint yarışının qalibi mükafatlandırıldı

BAKI, 20 sentyabr. TELEQRAF

Formula 2 üzrə Azərbaycan Qran-Prisində sprint yarışının qalibi mükafatlandırılıb.

Teleqraf xəbər verir ki, birinci yeri isveçli Dino Beqanoviç (“Haytek”) tutub. Britaniyalı Luke Brouninq (“Haytek”) ikinci, irlandiyalı Aleks Dunne (“Rodin Motorsport”) üçüncü yerə yiyələnib.

Qalibə mükafatı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov təqdim edib.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Seçilən
53
4
teleqraf.com

5Mənbələr