AZ

Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır

Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır

Adnan Əhmədzadəyə 4 aylıq həbs qətimkan tədbiri seçilib

AFN.az xəbər verir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Adnan Əhmədzadənin fəaliyyəti

Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. O, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavinidir. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub.

Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.

İxrac olunan neftdə zərərli maddə aşkarlanması

Qeyd edək ki, iyul ayında məlum olub ki, Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb. Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib edib. Şirkətin açıqlamasından aydın olub ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb, həmin çənlərdəki neft yenidən təmizlənib, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirilib.

Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yayıb. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib. Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

Zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqli də dayandırılmışdı. Nəql ötən həftə bərpa olunub. A. Əhmədzadənin həbsi ilə bağlı irəli sürülən iddialar həbsin məhz bu hadisə ilə əlaqədar olması ehtimalını yaradır.

Seçilən
33
50
afn.az

10Mənbələr