AZ

Çox sadə bir üsul: Bundan sonra "Wi-Fi" maksimum sürətə çatacaq

Wi-Fi bağlantınız zəifdirsə, qeyri-sabitdirsə və ya video zənglər zamanı gecikmələr yaradırsa, problem bəzən internet provayderində deyil, kompüterin özündə gizlənə bilər. 

News24.az-ın məlumatına görə, noutbuklarda enerji qənaəti rejimi aktiv olduqda "Wi-Fi" adapteri azaldılmış tutumla işləyir. Bu isə siqnalın zəifləməsinə və sürətin aşağı düşməsinə gətirib çıxarır.

Mütəxəssislər bildirirlər ki, problemi həll etmək üçün Wi-Fi adapterinə tətbiq olunan enerjiyə qənaət funksiyasını deaktiv etmək lazımdır. Parametr Windows sistemində, bəzi hallarda isə birbaşa Cihaz Menecerində yerləşir.

Funksiyanı söndürmək üçün addımlar:

Win + X qısa yolundan istifadə edərək Cihaz Menecerini açın.

“Şəbəkə Adapterləri” bölməsinə keçin.

Wi-Fi adapterinizi seçib xüsusiyyətlər pəncərəsini açın.

Enerjiyə qənaətlə bağlı seçimin işarəsini çıxarın.

Dəyişiklikləri saxlayın.

Aqil

Seçilən
92
1
news24.az

2Mənbələr