AZ

Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

 

Sitat.info xəbər verir ki, görüşdə dövlət başçıları Azərbaycan ilə Ruanda arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd ediblər, ölkələrimizin iqtisadi-ticari, mədəni, humanitar sahələrdə də əməkdaşlığının buna uyğun surətdə inkişaf etirilməsinin zəruriliyini vurğulayıblar.

 

Bu xüsusda ölkələr arasında energetika, kənd təsərrüfatı, turizm, tələbə mübadiləsi və "ASAN xidmət" təcrübəsinin Ruandada tətbiq olunması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

Söhbət zamanı, həmçinin Azərbaycanla Ruanda arasında ikitərəfli hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə toxunulub.

***

14:58

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ruanda Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Seçilən
45
22
sitat.info

10Mənbələr